AZ

Kafu ümidini itirmir: “Ümidvaram ki, Neymar qayıdacaq”

Dünya futbolunun braziliyalı əfsanəsi Kafu, “Santos”un 33 yaşlı braziliyalı ulduz hücumçusu Neymarın karyerasını qiymətləndirib.

Arena.az “La Gazzetta dello Sport” dərgisinə istinadən, Kafunun müvafiq qənaətini təqdim edir:

“Neymar karyerası ərzində müvəffəq ola biləcəklərindən daha azınamı nail olub? Xeyr, mən əsla belə hesab etmirəm. O, hər şeyi qazanıb, bircə dünya çempinatında savayı – bu yarışı isə təkbaşına qazana bilməzsən. İndi onun elə bir komandası var ki, ona mütləq dəstəyi nümayiş etdirə bilər.

Ona görə də, mən ümidvaram ki, o, özünün münasib idman formasını qaytaracaq və növbəti yayda milli komanda üçün oynayacaq”, deyə Kafu vurğulayıb.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə Ekvador və Paraqvay yığmalarına qarşı seçmə mərhələ oyunlarına cəlb edilməyib. Belə ki, hazırda “Santos”da çıxış edən “Ney” yüngül zədə mənzərəsində formada olmaması ilə yanaşı, həm də koronavirusa yoluxub və hazırda təcrid şəraitində müalicə alır.

Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. Neymar milli komandada keçirdiyi oyun sayına görə 2-ci, qol sayına görə isə rekordçudur. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

Seçilən
9
arena.az

1Mənbələr