AZ

İsrail şekeli İran realı qarşısında dəyər qazanır

BAKI, 16 iyun. TELEQRAF

13 iyundan başlanan İsrail-İran eskalasiyası iqtisadiyyata da təsirsiz ötüşməyib.

Teleqraf-ın xəbərinə görə 13-16 iyun arasında İsrail şekeli ABŞ dolları qarşısında möhkəmlənərək 0.27789 dollardan 0.28010 dollara yüksəlib.

Bu artım şekelin dollar qarşısında təxminən 0.8% dəyər qazanması deməkdir.

İran rialının ABŞ dolları qarşısındakı rəsmi məzənnəsi dəyişməyərək sabit qalıb – 1 USD = 42 002.5 IRR.

İki ölkənin milli valyutalarının bir-birinə qarşı məzənnəsində də dəyişiklik baş verib. Belə ki, 13–15 iyun tarixlərində 1 ILS = 11,699.36 IRR olduğu halda, 16 iyun tarixində bu göstərici artaraq 11,830.66 IRR-ə çatıb.

Qeyd edək ki, bu da şekelin rial qarşısında təxminən 1.1% dəyər qazanması ilə nəticələnib.

Seçilən
8
teleqraf.com

1Mənbələr