AZ

Makron Moskvanın vasitəçi olmasını istəmir VİDEO

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Qrenlandiyaya səfəri zamanı Donald Trampın Rusiya lideri Vladimir Putinin münaqişə tərəfləri arasında vasitəçilik edə biləcəyi barədə fikirlərini şərh edərkən belə deyib. “İndi yüksək intensivlikli münaqişəyə cəlb olunmuş və bir neçə ildir BMT Nizamnaməsinə əməl etməyən Rusiyanın vasitəçi ola biləcəyinə inanmıram”, - Emmanuel Makron vurğulayıb. O, həmçinin bildirib ki, Fransa İranın “cavab tədbirləri” görəcəyi təqdirdə İsrailin “müdafiə əməliyyatlarında” iştirak edəcək. Bir gün əvvəl İran prezidenti Məsud Pezeşkianla telefon danışığında Emmanuel Makron həmsöhbətini danışıqları mümkün qədər tez bərpa etməyə çağırıb. Fransa prezidenti “vəziyyəti sakitləşdirməyə” imkan verəcək sazişin bağlanması üçün öz töhfəsini verməyə və hər şeyi etməyə hazır olduğunu bildirib. Əslində antisemitizmin hazırda tüğyan etdiyi Fransanın prezidenti Emmanuel Makronun İran-İsrail qarşıdurmasında Rusiyanın vasitəçilik missiyasına qarşı çıxması çox təəəcüblü səslənir. Son vaxtlara qədər Makronun Təl-Əvivin və şəxsən İsrailin baş naziri Binyamin Netanyahunun xarici siyasət kursunu sərt şəkildə tənqid etməsi fonunda bu xüsusilə absurd təsir bağışlayır. Sahil İsgəndərov

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
azvision.az

4Mənbələr