AZ

Bir tərəfdə müharibə, digər tərəfdə liderlərin görüşü

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

G7 liderlərinin sammiti Kanadanın Kananaskis şəhərində keçiriləcək. 

"Cebheinfo.az" xəbər verir ki, Sammitdə İsrailin İrana hücumu və iki ölkə arasında münaqişənin kəskinləşməsi ərəfəsində Trampın ticarət tarifləri də daxil olmaqla, qlobal məsələlərin müzakirəsi planlaşdırılır. 

Bazar günü zirvə toplantısı üçün Kanadaya səfər edən ABŞ Prezidenti ilə yeni gərginliklər yaratmaqdan ehtiyatlanan digər G7 liderlərinin Ukrayna və ya iqlim dəyişikliyi kimi mövzularda birlik bəyanatı verməyə belə cəhd etməyəcəkləri bildirilir. 

Liderlərin İsrail-İran münaqişəsi ilə bağlı ortaq mövqe ortaya qoya biləcəkləri də bəlli deyil. Tramp atəşkəsə çağırsa da, İsrailə özünü müdafiə etməyə kömək edir. Fransa Prezidenti Emmanuel Makron kimi digər G7 liderləri tərəfləri gərginliyi daha da artırmamağa çağırır. 

Tramp müttəfiqləri ilə münaqişə barədə danışmaq əvəzinə, şənbə günü G7-nin əsas rəqibi Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Bazar günü jurnalistlərə açıqlamasında Makron Putinin Yaxın Şərq münaqişəsində vasitəçilik edəcəyi fikrini rədd edərək, Rusiya liderinin beynəlxalq normalara məhəl qoymadığını və buna görə də “heç bir şəkildə vasitəçi ola bilməyəcəyini” söyləyib. 

Dünyanın müxtəlif ölkələrindən G7-yə daxil olmayan bir sıra liderlər də gələn ay ABŞ-nin yeni tarif dalğasının qarşısını almaq üçün ticarət müqavilələri imzalamaq üçün Kanadada Trampla görüşəcəklər. Braziliya, Cənubi Afrika, Hindistan və Cənubi Koreya liderləri öz maraqlarını qorumaq, Ukrayna Prezidenti Volodimir Zelenski isə Trampın ikitərəfliliyinə baxmayaraq, ölkəsinin Rusiyaya qarşı mübarizəsinə dəstək toplamaq üçün Kanadada olacaqlar. 

Nigar

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr