AZ

Sanedən sonra bu dünya ulduzu ​"Qalatasaray"a razılıq verdi

"Qalatasaray" “Mançester Siti”nin futbolçusu Bernardo Silvanı transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, tərəflər arasında danışıqlar məhsuldar keçib. “Sabah” qəzetində yer alan xəbərə görə, yarımmüdafiəçi “Qalatasaray”a transfer olmağa razılıq verib. Bildirilir ki, futbolçu karyerasını Avropada davam etdirmək istədiyinə görə Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edib. Məlumata görə, "Qalatasaray" “Mançester Siti” ilə danışıqlar aparır.

Qeyd edək ki, "Qalatasaray" bundan əvvəl Leroy Saneni transfer edib.

Seçilən
12
metbuat.az

1Mənbələr