Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycan banklarında fiziki şəxslərinəmanətlərinin həcmi 14,853 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, əmanətlərin həcmi cari ilin aprelin 1-nə nisbətən221 milyon manat və ya 1,5% azalıb, ötən ilin analoji dövrü iləmüqayisədə isə 1,356 milyard manat və ya 10% artıb.
Bu ilin mayın 1-nə fiziki şəxslərin milli valyuta ilə banklardaəmanətlərinin həcmi 9,923 milyard manat, xarici valyuta ilə isə4,929 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi bu ilin aprelin 1-i iləmüqayisədə 166,8 milyon manat və ya 1,7% azalıb, illik müqayisədəisə 1,050 milyard manat və ya 11,8% artıb.
Xarici valyuta ilə isə bu göstərici cari aprelin 1-nə olanrəqəmlərə nisbətən 54,2 milyon manat və ya 1,1% azalıb, illiknisbətdə isə 305,8 milyon manat və ya 6,6% artıb.