Bu mövsüm "Qalatasaray"ın çempionluğunda böyük rol oynayan Viktor Osimhenin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Sarı-qırmızılılar nigeriyalı hücumçudan tez bir zamanda qərar verməsini tələb edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, "Qalatasaray" rəhbərliyi Osimhenə mesaj göndərərək, mövsümün sonu üçün planlarını açıqlamasını istəyib. Futbolçu isə onlara “Mənə 1 həftə daha vaxt ver” cavabını verib.
Osimhen bu mövsüm “Qalatasaray”da illik 15 milyon avro maaş və əlavə olaraq mövsüm başına 10 milyon avro reklam və sponsorluq gəliri əldə edib. Nigeriyalı hücumçu İngiltərə Premyer Liqası komandalarından və "Əl-Hilal"dan gələn təklifləri isə dəfələrlə rədd edib.
"Qalatasaray" isə Osimhenlə daim əlaqədə olaraq onun gələcək planlarını gözləyir.