AZ

İran İsrail üçün casusluq edən şəxsi edam etdi

İran
İsrailin İrana qarşı hücumu ilə başlayan qarşılıqlı hərbi əməliyyatlar davam etdiyi bir vaxtda, İranın İsrail üçün casusluqda ittiham olunan şəxsi edam etdiyi bildirilib. 1news.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın rəsmi “Fars” xəbər agentliyi İsrailin xarici kəşfiyyat xidməti “Mossad” üçün casusluq etməkdə ittiham olunan bir şəxsin edam edildiyini açıqlayıb. Məlumata görə, edam olunan şəxsin kimliyi İsmayıl Fikri kimi göstərilib. Onun 2023-cü ildə saxlanıldığı qeyd olunub.
Bu, son həftələrdə “İsrail üçün casusluq etdiyi” iddiası ilə İranda edam edilən üçüncü şəxsdir. Qeyd edək ki, dünən də İran polisi “Mossad”ın iki üzvünü ölkənin Elburz bölgəsində saxlayıb. “Tesnim” xəbər agentliyi bildirib ki, saxlanılan şəxslər partlayıcı və elektron cihazlar hazırlayarkən yaxalanı blar.
Seçilən
9
1news.az

1Mənbələr