Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
PSJ-nin baş məşqçisi Luis Enrike klublararası dünya çempionatının qrup mərhələsində Madrid “Atletiko”su üzərində böyük hesablı qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, AS nəşri Fransa nəhənginin ispan çalışdırıcısının 4:0 hesablı qalibiyyəti ilə bağlı şərhini belə təqdim edib:
"Oyun tabloda əks olunan hesaba baxmayaraq, çətin keçdi. Maraqlı, gərgin mübarizə alındı. Nəticədən razıyıq və yolumuza davam edirik. Komanda gözəl oyun keçirdi. Stadiondakı ab-havanı bəyəndik. Çox maraqlı turnirdir".
Parislilərin klublararası dünya çempionatındakı növbəti oyunu Braziliyanın “Botafoqo” komandasına qarşı olacaq.
Mirağa
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.