AZ

Tələbələr süni intellektlə saxtakarlıq etdi

Böyük Britaniyada minlərlə universitet tələbəsinin ChatGPT və digər süni intellekt alətlərindən sui-istifadə edərək imtahanlarda və yazı işlərində köçürdükləri üzə çıxıb. The Guardian nəşrinin araşdırmasına əsasən, təkcə 2023–2024-cü tədris ilində bu cür 7 minə yaxın təsdiqlənmiş hal qeydə alınıb. Bu, hər 1000 tələbəyə 5.1 hadisə düşməsi deməkdir. Halbuki əvvəlki il bu göstərici 1.6 idi.

 

AzEdu.az xarici mənbələrdən aldığı məlumatlara əsasən xəbər verir ki, statistik göstəricilər bu sayın artmaqda davam etdiyini göstərir. 2025-ci ilin sonunadək bu rəqəmin hər 1000 tələbəyə 7.5-ə yüksələcəyi proqnozlaşdırılır.

 

Ekspertlər hesab edir ki, rəsmi statistikalar real mənzərəni tam əks etdirmir və aşkarlanan hallar sadəcə “buzdağının görünən hissəsi”dir. Onlar qeyd edir ki, süni intellekt texnologiyalarının sürətlə yayılması universitetlərin qiymətləndirmə metodlarına ciddi təzyiq göstərir və yeni yanaşmalar tələb edir.

 

Qeyd edək ki, araşdırmada ənənəvi plagiat hallarında azalma müşahidə olunsa da, süni intellekt vasitəsilə edilən saxtakarlıqların sürətlə artdığı bildirilir.

Seçilən
5
azedu.az

1Mənbələr