AZ

Azərbaycanlılar Rusiyanın Nargin adasında saxladığı osmanlı əsirlərə necə yardım edib?..-Elmi konfrans - FOTOLAR

Ötən cümə günü - 13 iyun 2025-ci ildə Xəzər universitetində Türkiyə Məzunu Ziyalılar və İş adamları Platforması,Tika və Xəzər Universiteti birlikdə “Birinci Dünya müharibəsində Azərbaycanda Osmanlı əsirləri (Nargin və Azərbaycan cəmiyyətinin əsirlərə yardımları) mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.
 
Bu haqda Moderator.az-a açıqlama verən sözügedən tədbirdə Bakı Dövlət Universitetini təmsil edən tarixçi alim Boran Əziz aşağıdakıları söyləyib:
 
“Konfransdan əvvəl problemlə bağlı nümayiş etdirilən foto sərgi iştirakçıların ciddi marağına səbəb oldu və onları xeyli duyğulandırdı. Onu da qeyd edək ki, nümayiş etdirilən sənədlər dünyanın bir çox ölkələrinin arxiv sənədlərinin əsasında tərtib edilib. Bu sənəd və fotolarda çarizmin əsirlərlə necə amansız davranmaları, işgəncə vermələri, onların acınacaqlı vəziyyətləri, azərbaycanlıların əsirlərə gizli yardımları, əsirlikdən qaçırmaları və s.öz əksini tapıb.
 
Konransın aşılışında Xəzər Universitetinin Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof.Hamlet İsaxanlı, Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri prof.dr. Birol Akgün, TİKA-nın sədr müavini dr.Ümit Naci Yorulmaz, Türkiyə Məzunu Ziyalılar və İş adamları Platforumunun rəhbəri dos.Telman Nüsrətoğlu çıxış etmişdilər. Bu çıxışlardan sonra Bakı Bələdiyyə Teatrı aktyorlarının iştirakı ilə Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” tarixi dramı əsasında hazırlanmış tamaşadan bir parca da açılışda iştirak edənlərin marağına səbəb oldu...  
 
Konfransın plenar iclaslarında Azərbaycan,Türkiyə və Rusiyanın müxtəlif elm və ali təhsil ocaqlarından gəlmiş alimlərin mövzu ilə bağlı 23 məruzəsi dinlənildi. Atatürk Universitetinin professoru Betül Aslan “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və onların Anadolu türklərinə yardım fəaliyyətləri”, Cərrahpaşa Universitetinin professoru Bingür Sönməz “Bakı camaatının Nargin adasında olan türk əsirlərə “Qardaş köməyi”, Mərmərə Universitetindən professor Okan Yeşilot “Arxiv sənədləri və xatirələr işığında: Nargin adası,sürgün və əsarət”, Karabük Universitetindən professor Əli Əsgər “Hərb və əsarət qısqacında: Birinci Dünya savaşı Uluslararası hüququn norma və işləmə sorunları”, Peterburq Dövlət Universitetindən doktor Şahnaz Kamal “1914-1918-ci illərdə Rusiya mətbuatında Nargin əsirləri barədə məlumat” mövzularında çıxış etdilər. 
 
Konransda Bakı Dövlət Universitetini iki müəllim təmsil edirdi. Bəndəniz dosent Boran Əzizin ”AXC-nin hökümət və Parlamentinin Qars qaçqınlarına yardımı” , tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının  məruzəsi isə “Azərbaycan mətbuatında “Qardaş köməyi” çağırışları (1914-1918-ci illər)” məsələsinə həsr edilmişdi.  Hər iki məruzə məzmun və araşdırılan mövzunun yeni materallar əsasında və yüksək elmi, siyasi səviyyədə təqdimatı səbəbindən iştirakçıların dərin marağına səbəb oldu...”
 
 
Seçilən
10
moderator.az

1Mənbələr