AZ

Eltac Səfərli Münhendə ikinci olub

Almaniyanın Münhen şəhərində keçirilən "International Whitsun" turniri başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Eltac Səfərli yarışda ikinci yeri tutub.

O, IX turda 7,5 xal toplayaraq Kirill Alekseenkoya (Avstriya) qalib gəlib. Eltac lider Elham Amara çatsa da, əlavə göstəricilərdə norveçliyə uduzub.

Qeyd edək ki, turnirdə ümumilikdə 152 şahmatçı iştirak edib.

İdman.biz

Seçilən
14
3
idman.biz

7Mənbələr