PSJ klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda “Atletiko”nu 4:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Kaliforniya ştatında keçirilib.
Fransızların heyətində qolları Fabian Ruis, Vitiniya, Senni Meyulyu və Li Kan İn vurublar. 78-ci dəqiqədə “döşəkçilər”in fransalı müdafiəçisi Kleman Lanqle ikinci sarı vərəqə alaraq meydandan qovulub.
PSJ və “Atletiko” B qrupunda Braziliyanın “Botafoqo” və ABŞ-nin “Sietl Saunders” komandaları ilə mübarizə aparır. Bu komandalar arasında matç bu gün keçiriləcək.
C qrupunda isə “Bavariya” Okeaniya Çempionlar Liqasının qalibi yarımpeşəkar “Oklend Siti”ni 10:0 hesabı ilə darmadağın edib. Görüşdə Camal Musiala het-trik edib, Kinqsli Koman, Maykl Olise və Tomas Müller hərəyə 2, Saşa Boe isə 1 qol vurublar.