İsrail Hərbi Hava Qüvvələri İranın Zəncan şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazalarına iri raket zərbələri endirib.
Publika.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.
Yerli medianın məlumatına görə, hadisə yerindən bir neçə kilometr aralıda partlayışlar baş verib.
İyunun 16-na keçən gecə İran İsrailə hücum edib. İsrailin hava hücumundan müdafiə sistemləri hədəfləri məhv etməyə çalışsa da, bütün raketləri vura bilməyiblər.
İsrailin Hayfa şəhərində elektrik stansiyasında partlayışdan sonra yanğın baş verib. Ehtimal olunur ki, oraya İran raketi düşüb. Daha bir raket Təl-Əvivdəki göydələnə düşüb.