AZ

"Təəssüf ki, Azərbaycan yığmasına daha çox qol vura bilmədim"

Macarıstan millisinin futbolçusu Barnabaş Varqa Marko Rossinin baş məşqçiliyi dövründə 100-cü qolun müəllifi olub.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu buna iyunun 10-da səfərdə Azərbaycanı 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündə nail olub.

Bir il sonra milli komandada qol vuran “Ferentsvaroş”un futbolçusu yerli mətbuata açıqlama verib. 5-ci dəqiqədə fərqlənərək komandasının erkən qolunun müəllifi olan Varqa Azərbaycan yığmasından üstün olduqlarını bildirib:

“Bir neçə oyundur hücumçunun qol vura bilməməsi pis şeydir. Yenidən fərqlənmək isə əladır.

Təəssüf edirəm ki, daha çox qol vura bilmədim. Bunun üçün imkanım var idi.

Düşünmürəm ki, nəticə real fərqi əks etdirir. Biz çoxlu qol epizodu yaratdıq.

Bu, şişirtmə deyil, daha böyük fərqlə qalib gələ bilərdik. Oyunun son dəqiqələrini özümüz üçün çətinləşdirdik.

İmkanlarımızdan daha yaxşı faizlə istifadə etsəydik, matçın sonunda narahat olmağa ehtiyac qalmazdı".

Seçilən
16
sportinfo.az

1Mənbələr