AZ

“Uzak Şehir”in ulduzu ailəsi ilə birlikdə Bakıya gəldi

Ozan Akbaba ailəsi ilə birlikdə Bakıya gəlib.

Yenisabah.az xəbər verir ki, Türkiyənin tanınmış aktyoru Ozan Akbaba bu dəfə Bakıya tək gəlməyib – onu həyat yoldaşı və övladı da müşayiət edib. Ailəsi ilə birgə səfəri zamanı aktyor səmimi görüntülərlə diqqət çəkib.

Onların Heydər Əliyev Beynəlxalq Hava Limanından olan görüntüsünü azərbaycanlı aktyor Elşən Orucov sosial media hesabında paylaşıb. Videoda Ozan Akbabanın xanımı və uşağı da yer alır. 

Qeyd edək ki, Ozan Akbaba hazırda “Uzak Şehir” serialında baş rolda çıxış edir. Serial həm Türkiyədə, həm də Azərbaycanda kifayət qədər geniş izləyici auditoriyası qazanıb. 

Aktyor bundan öncə də bir neçə dəfə Bakıya səfər edib, lakin bu dəfə ailəsi ilə gəlməsi media və sosial şəbəkələrdə böyük maraq doğurub. İzləyicilər onun səmimi ailə görüntülərini bəyənərək xoş şərhlər yazıblar.

Onun Bakıda hansı tədbirlərdə iştirak edəcəyi və səfərin məqsədi barədə hələlik rəsmi açıqlama verilməyib.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
7
1
yenisabah.az

2Mənbələr