ABŞ-dan çıxan ilk papa olan Papa XIV Leonun dünya miqyasında tanınmış şəxslərlə qohum olduğu yeni bir araşdırma ilə ortaya çıxıb.
Sherg.az xəbər verir ki, Harvard Universitetindən professor Henry Louis Gates Jr.-ın rəhbərlik etdiyi "Kökünü Tap" (“Finding Your Roots”) adlı sənədli serial çərçivəsində aparılan araşdırma nəticəsində məlum olub ki, Papa XIV Leo – Hillary Clinton, Justin Trudeau, Madonna, Justin Bieber və Angelina Jolie kimi məşhur şəxslərlə uzaq qohumdur.

1500-cü illərə qədər izlənildi
Prof. Henry Louis Gates Jr.-ın komandası, American Ancestors qurumu və Mayami Kuba Genealogiya Klubunun dəstəyi ilə Papa XIV Leonun soykökünü 1500-cü illərə, İspaniyaya qədər izləyə bilib.
Papa XIV Leonun ana tərəfdən dörd əcdadı İspan zadəgan sinfinə mənsub “Hidalgo” tituluna sahib olub, ailəsində döyüşçülər də yer alıb. Məsələn, Diego de Arana Valladar XVII əsrdə Portuqaliyanın koloniyalarını holland quldurlarına qarşı müdafiə edib.
Papa XIV Leonun Siciliyalı babası Salvatore Giovanni Gaetano Riggitano Alito isə musiqi müəllimi olub və ABŞ-a köçdükdən sonra İllinoysda həyat yoldaşı tərəfindən aldadıldığı iddiasıyla qəzetlərə düşən bir qalmaqala qarışıb. Bildirilir ki, Alito bir zamanlar keşiş olmağı düşünüb, lakin bu yoldan imtina edib.
Zənci (Afrika mənşəli) qohumları da var
Papa XIV Leonun soyağacında maraqlı başqa detallar da yer alır. Araşdırmaya görə, papanın ən azı 17 afro-amerikalı (zənci mənşəli) əcdadı olub.
Soy bölgüsünə baxıldıqda, Papa XIV Leonun əcdadlarının əksəriyyəti fransızdır (40 nəfər), sonra italyanlar (24), amerikalılar (22) və ispanlar (21 nəfər) gəlir.
ABŞ-lı məşhur müğənni Madonna da Papa XIV Leo ilə qohum olan məşhurlar arasındadır.