AZ

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

Paytaxtın mərkəzində, "Səməd Vurğun bağı"nın yaxınlığında yerləşən kommersiya təyinatlı obyekt satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, obyekt 1 350 000 manatla satışa çıxarılıb. 

"28 May" metro stansiyasına yaxın məsafədə yerləşən 140 kvadratmetrlik sahəsi olan obyekt hazırda​​ "coffeeshop" kimi fəaliyyət göstərir və 5.000 manat aylıq icarə gəliri ilə kommersiya baxımından sərfəli investisiya imkanı yaradır.

Əla təmirli və yüksək keçidli zonada yerləşən obyekt sıx məskunlaşmış yaşayış massivinin mərkəzində yerləşir. Bu da gələcək sahibinə davamlı müştəri axını təmin etmək potensialı verir.

Real alıcıya endirim nəzərdə tutulub. Alıcı tərəfindən ödəniləcək rieltor xidməti haqqı 1% təşkil edir.

Maraqlanan şəxslər 050 505 00 75 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Mayya Hüseynova

Seçilən
9
valyuta.az

1Mənbələr