Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
İran vasitəçilər Qətər və Omana bildirib ki, İsrailin hücumu altında olduğu müddətdə atəşkəs danışıqlarda iştirak etməsi mümkün deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi İslam Respublikasının nümayəndəsinə istinadən məlumat verib.
"İranlılar Qətər və Oman vasitəçilərinə məlumat veriblər ki, onlar ciddi danışıqlara yalnız İran İsrailin qabaqlayıcı zərbələrinə cavabını tamamladıqdan sonra başlayacaqlar", - deyə mənbə bildirib.
İran nümayəndəsi əlavə olaraq: "İranın Oman və Qətərdən danışıqları bərpa etmək üçün Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış etmələrini xahiş etməsi ilə bağlı mətbuatda yayılan xəbərlər doğru deyil", - deyə qeyd edib.
Xatırladaq ki, ABŞ İranla nüvə proqramı ilə bağlı danışıqlar aparıb və nəticəsiz qalıb. İyunun 15-də görüşün baş tutmalı olan 6-cı tur ümumiyyətlə keçirilməyib.
Birləşmiş Ştatlar israr edib ki, İslam Respublikası uranın zənginləşdirilməsini tamamilə dayandırsın. İran bu tələbi rədd edir.
2025-ci il iyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə, o cümlədən Natanzdakı nüvə proqramı obyektlərinə və Tehrandakı komanda qərargahına zərbələr endirərək, Am Kelavi (və ya "Xalq Aslan kimi") əməliyyatına başlayıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.