AZ

Yunanıstanda ayı turistə hücum etdi

Yunanıstanda turistlər köhnə hərbi təyyarənin qəzaya uğradığı yerə yürüş zamanı ayı ilə qarşılaşıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Məlumata görə, Kristos Stavrianidis dostu Dimitris Kioroglou və iti ilə birlikdə meşə cığırı ilə gedərkən qəfildən qonur ayı onların üzərinə hücum edib. Yırtıcı Kioroğluya hücum etmək istəsə də, it müdaxilə edərək heyvanın fikrini yayındırıb. Bu zaman kişi bibər qazından istifadə edib.

Ayı onu yoldan dərəyə yıxıb və gözdən itib. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Arcturos təbiəti mühafizə təşkilatının mütəxəssislərinin fikrincə, ayı aqressiyadan deyil, özünümüdafiə məqsədilə hərəkət edib – yəqin ki, özünü təhlükə hiss edib.

Stavrianidis dağlarda təxminən 70 il əvvəl qəzaya uğrayan Yunanıstana məxsus hərbi təyyarənin qalıqlarını tapıb. O, dağıntıları mümkün qədər çox insanın görə bilməsi üçün ora rahat marşrut çəkməyi qərara almışdı.

Seçilən
4
ucnoqta.az

1Mənbələr