BAKI, 16 iyun. TELEQRAF
İranın sərəncamında hələ də "minlərlə ballistik raket" var, bu isə əvvəllər təxmin ediləndən daha çoxdur.
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahunun milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi "Ordu Radiosu"na bildirib.
"Bu, uzunmüddətli perspektivdə İran təhdidini sona çatdıra biləcək bir döyüş deyil", - Haneqbi söyləyib.
Qeyd edək ki, hərbi analitiklər indiyədək İranın təxminən 1500-2000 raketinin olduğunu bildirirdilər.