İranın İsrailin mərkəzi hissəsinə son hücumu nəticəsində azı beş nəfər ölüb, onlarla insan yaralanıb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.
Qeyd olunub ki, zərbələr nəticəsində azı 87 nəfər müxtəlif xəsarətlər alıb, Petah-Tikvada dörd nəfər, Bney-Brakda isə daha bir nəfər ölüb. Zərbələr nəticəsində Hayfada da geniş dağıntılar müşahidə olunur.
Xilasedicilər uçmuş binaların altında qalan şəxslərin axtarışını davam etdirirlər.