AZ

“Halal” adı ilə satılan kolbasadan donuz piyi çıxdı – “Araz” marketdə alıcı şoku – VİDEO

Bakıda fəaliyyət göstərən “Araz” supermarketlər şəbəkəsində satılan, “Ovçular” firmasına məxsus “Oxotniça” kolbasasının tərkibində donuz piyi aşkarlanıb. “Halal” adına güvənərək məhsulu alan alıcılar sonradan tərkibində donuz məhsulu olduğunu öyrənib və bu fakt sosial şəbəkələrdə ciddi narazılıq doğurub.

NOCOMMENT.az xəbər verir ki, sosial mediada yayılan görüntü və şərhlərdə alıcılar məsələni ciddi məsuliyyətsizlik adlandırır və belə məhsulların açıq və xəbərdaredici formada təqdim edilməsini tələb edirlər.

“Biz halal məhsul alırıq deyə inanırıq. Ailə üzvlərimiz, uşaqlarımız belə məhsulları yeyir. İndi məlum olur ki, donuz piyi var imiş. Bu, sadəcə etinasızlıq deyil, insanlara hörmətsizlikdir,” – deyə bir alıcı paylaşımında yazıb.

Hazırda nə “Araz” marketlər şəbəkəsi, nə də “Ovçular” firması məsələyə dair rəsmi açıqlama yaymayıb. Alıcılar aidiyyəti qurumları və satış şəbəkəsini məsuliyyətə çağıraraq istehlakçının hüququnun qorunmasını tələb edirlər.

 

Seçilən
14
nocomment.az

1Mənbələr