AZ

Gəncə-Şəmkir yolunda qəza: 3 nəfər xəstəxanalıq oldu

Gəncə-Şəmkir yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, avtomobil yolunun 4-cü kilometrliyində hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Hadisə zamanı 1996-cı il təvəllüdlü K.Əliyev, 1990-cı il təvəllüdlü E. Abdullayev və orta yaşlı bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Onlara ilkin tibbi yardım göstərilib. Müalicələri davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
17
9
bizim.media

10Mənbələr