ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Slovakiyada 1984-cü il istehsalı olan qeyri-adi VAZ-2105 satışa çıxarılıb. Avtomobil 50 min avro (təxminən 98 min manat - red.) dəyərində qiymətləndirilib.
Oxu.Az xəbər verir ki, elan Mobile.de saytında yerləşdirilib.
VAZ-2105-in yüksək qiyməti ilk növbədə onun "Lada VFTS"in nadir yarış versiyası olması ilə bağlıdır.
Bu avtomobildən cəmi 30 ədəd istehsal edilib. Yarış avtomobilləri Vilnüs Avtomobil Zavodu tərəfindən yığılıb və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən yarışlar üçün təsdiqlənib.
"Lada VFTS" sedanı 228 at gücünə malik 2.0 litrlik yarış mühərriki ilə təchiz edilib. Burada, həmçinin hidravlik əl əyləci, tamamilə yeni asma quraşdırılıb. Avtomobil məhdud sürüşmə diferensialına malikdir.
Bu xüsusi model macar pilot Robert Butor üçün yaradılıb, lakin yarışlarda iştirak etməyib. VAZ-ın yürüşü cəmi 100 km-dir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.