İranın raket zərbələri nəticəsində zədələnmiş 75-dən çox binadan 22-si dərhal söküləcək.
Operativ Media xəbər verir ki, bunu İranın raket hücumu nəticəsində 7 nəfərin öldüyü və ən azı 100 nəfərin yaralandığı İsrailin cənubundakı Bat Yam şəhərinin meri Tzivika Brot deyib.
Brot İsrailin İ24 kanalına açıqlamasında qəsəbənin təmiri üçün xüsusi böhran komitəsinin yaradıldığını, komitənin işə başlayacağını, həm məcburi söküntülərin, həm də zədələnmiş tikililərin yenidən qurulmasının planlaşdırıldığını bildirib.