"Aslan qalxması" əməliyyatı başlayandan bəri İranın İsrailə cavab zərbələri nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Operativ Media xəbər verir ki, bu barədə The Jerusalem Post" məlumat yayıb.
Nəşrin məlumatına görə, mülki hədəflərə endirilən zərbələrdən ən çox zərər çəkən Bat-Yam şəhərində dağıntılar altından daha iki cəsəd çıxarılıb. Ümumilikdə, bu şəhərdə 9 nəfər həlak olub.
Bundan əvvəl İsraildə iyunun 13-dən etibarən 13 nəfərin öldüyü bildirilirdi.
İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramını hədəf alan "Aslan qalxması" əməliyyatına başlayıb. Aradan 24 saat keçməmiş İslam Respublikası cavab hücumuna keçib. İsrail və İran iyunun 14-dən 15-nə keçən gecə yenidən bir-birinə zərbələr endiriblər. Hər iki tərəf hücumlar zamanı itkilər barədə məlumat verib, öz ərazilərində bir sıra hədəflərin vurulduğunu etiraf etsələr də, zərərin məhdud olduğunu bildiriblər.