AZ

İran XİN: İsrailin Tehrana son üç hücumu nəticəsində 70-dən çox qadın və uşaq ölüb

BAKI, 16 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin Tehrana son üç hücumu nəticəsində 73 qadın və uşaq ölüb.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat yayıb.

"İsrail təbliğatı (yaşayış evlərinə - red.) zərər vurmadığını göstərməyə çalışır. Reallıqda isə Tehrana son üç hücum nəticəsində ümumilikdə 73 qadın və uşaq ölüb", - Bəqayi “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Şəhid Çamran şəhərində yaşayış binasının uçması nəticəsində ölən 20 uşaqdan 10-nun cəsədi hələ də dağıntılar altındadır.

Seçilən
20
teleqraf.com

1Mənbələr