İranın Rey şəhərində evlərin birində dron sexi aşkarlanıb.
Senzor.az bildirir ki, bu barədə şəhər polisinin rəisi Hüseyn Mafi hadisə yerindən IRINN-in canlı yayımında məlumat verib.
“İnsanlardan bir evdə şübhəli şəxslərin hərəkət etdiyinə dair məlumat aldıq. Dərhal kəşfiyyat və hüquq-mühafizə qüvvələri evə daxil olaraq çoxlu sayda dron, kamikadze pilotsuz uçuş aparatı və evdə hazırlanmış bomba aşkar edərək müsadirə etdilər”, – polis rəisi vurğulayıb.
Onun sözlərinə görə, aşkar edilmiş partlayıcı maddələrin çəkisi 200 kq-dən çox olub. O, həmçinin 30-a yaxın pər, 33 buraxılış qurğusu və bir çox kamikadze dron avadanlığının aşkarlandığını vurğulayıb.