AZ

Azadlıq heykəlinin su altında qalacağı tarix açıqlanıb...

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

ABŞ-da bir çox sahilyanı ərazilər dəniz səviyyəsinin qalxması, təbii fəlakətlər və iqlim dəyişikliyi səbəbindən 2050-ci ilə qədər su altında qalacaq.

SİA xəbər verir ki, bu barədə “Daily Mail” “Climate Central” qeyri-kommersiya təşkilatına istinadən məlumat yayıb.

Nəşr risk altında olan bir neçə şəhəri sadalayır.

Onların arasında Yeni Orlean, Atlantik Siti, Çarlston və s. …Yeni interaktiv xəritə 2050-ci ilə qədər çoxunun su altında qalacağı gözlənilən sahilyanı Amerika şəhərləri üçün dəhşətli ssenarini təsvir edir, - nəşr yazır.

Son məlumatlar göstərir ki, Luiziana, Corciya, Florida və Nyu-York ştatlarının bir neçə böyük şəhəri tədricən su altında qalacaq. Təhlükə bir çox insana təsir edəcək.

Təbii fəlakət xüsusilə Floridadakı Everqleyds Milli Parkını və Azadlıq heykəlinin yerləşdiyi Nyu-Yorkdakı Azadlıq adasını təhdid edir.

Alimlər indi daşqın proqnozlarını, iqlim dəyişikliyini və dəniz səviyyəsinin qalxmasını nəzərə alan ssenarilər hazırlayırlar. İyunun əvvəlində Virginia Teç şirkəti də xəbərdarlıq etmişdi ki, ABŞ-ın 28 şəhəri (ümumi əhalisi 34 milyon nəfərdir) tədricən sular altında batmaqdadır.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sia.az

2Mənbələr