AZ

İntim münasibət baş ağrısını azalda bilər – Alimlərdən maraqlı ARAŞDIRMA

Seksual münasibətlərin sağlamlığa təsiri ilə bağlı yeni bir elmi araşdırma maraqlı nəticələr ortaya qoyub. Araşdırmalara görə, seks bəzi hallarda baş ağrısının azalmasına və ya tamamilə yox olmasına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə məlumatlar Almaniyanın Münster Universitetinin tədqiqatçılarının apardığı genişmiqyaslı elmi işdə əksini tapıb.

100-dən çox miqren və klaster (dəstəvi) baş ağrısı olan şəxs üzərində aparılan müşahidələr göstərib ki, seksual fəaliyyət zamanı beyində endorfin hormonu ifraz olunur, bu da ağrını təbii şəkildə azaldır.

Endorfin - təbii ağrıkəsici

Endorfinlər beyində yaranan xoşbəxtlik hormonlarıdır və ağrı hissini azaldan təsirə malikdir. Tədqiqatçılar bildirirlər ki, seks zamanı ifraz olunan endorfin miqdarının artması baş ağrısının şiddətini azalda və ya tamamilə yox edə bilər.

Araşdırmada iştirak edən şəxslərin 60%-dən çoxu bildirib ki, seksual münasibətdən sonra baş ağrıları ya azalıb, ya da keçib. Xüsusilə migren tutmaları zamanı bu təsir daha aydın müşahidə olunub.

Bütün hallarda tətbiq edilmir

Bununla belə, mütəxəssislər bildirirlər ki, seks bütün növ baş ağrılarına qarşı təsirli deyil. Bəzi insanlar üçün əks təsir də mümkündür - yəni seksual fəaliyyətdən sonra ağrılar arta bilər. Bu səbəbdən də fərdi bədən reaksiyasını nəzərə almaq vacibdir.

Seksual münasibətlərin yalnız emosional deyil, fiziki sağlamlıq baxımından da faydalı ola biləcəyi bir daha sübut olunub. Baş ağrısından əziyyət çəkənlər üçün bu üsul, alternativ və dərmansız bir rahatlama yolu ola bilər.

Milli.Az

Seçilən
14
1
milli.az

10Mənbələr