AZ

Keçmiş dünya çempionu da Bakıya gəldi - FOTOLAR

İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək “UFC on ABC: Hill vs. Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüsü, yarım ağır çəki dərəcəsində keçmiş dünya çempionu Camal Hill Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, döyüşçü komandası ilə birlikdə Azərbaycan paytaxtındadır.

UFC-nin Azərbaycan tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm gecəsində çıxış edəcək Hill azarkeşlərin səbirsizliklə gözlədiyi qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşır.

Camal Hillin iyunun 19-da gəlişi gözlənilirdi. Lakin həmin gün o, İsrail - İran gərginliyi ilə əlaqədar təyyarəyə minməkdən imtina edib.

Seçilən
47
sportinfo.az

1Mənbələr