AZ

Gizli danışıqlar başladı

İran rəhbərliyi mümkün evakuasiya ilə bağlı Rusiya ilə gizli danışıqlar aparır.

Publika.az xəbər verir ki, "İran İnternational" öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin aparat rəhbərinin müavini Əli Əsgər Hicazi Moskva ilə İsrailin hücumları səbəbindən vəziyyətin daha da pisləşəcəyi təqdirdə respublikanı tərk etmək imkanını müzakirə edir.

Qeyd olunur ki, yüksək rütbəli bir rusiyalı məmur Hicaziyə Rusiyanın lazım gələrsə onun təxliyyəsini təşkil edəcəyinə zəmanət verib. Mənbələr oxşar zəmanətlərin digər iranlı siyasətçilərə də verildiyini bildirib.

Seçilən
17
2
publika.az

3Mənbələr