AZ

İsrailin hücumları nəticəsində İranda 224 nəfər ölüb

İranda İsrail Müdafiə Qüvvələrinin (İMQ) hücumu nəticəsində 224 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin (SN) İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, son 65 saatda 1 481 nəfər xəstəxanaya yerləşdirilib. "Onların 90 %-dən çoxu mülki şəxslərdir", – Kirmanpur qeyd edib. SN nümayəndəsi 522 nəfərin evə buraxıldığını, 224-nün öldüyünü vurğulayıb.

***19:59

İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində azı 128 nəfər həyatını itirib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinə istinadən AFP yayıb.

Bildirilib ki, həlak olanlar arasında qadınlar və uşaqlar da var. Hazırda yaralıların vəziyyəti və ümumi dağıntılarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
19
1
far.az

3Mənbələr