AZ

İranda iki İsrail kəşfiyyatçısı saxlanıldı

Polis Tehranın cənubundakı Rey şəhərinin Faşapuyeh bölgəsində İsrailin kəşfiyyat agentliyi olan Mossadın iki agentini saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan 200 kq-dan çox partlayıcı maddə, 23 pilotsuz uçuş aparatı, onlar üçün buraxılış qurğuları, istiqamətləndirici sistemlər və idarəetmə panelləri götürülüb.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü İsrailin kəşfiyyat mərkəzlərini vurduğunu bildirib.

Seçilən
21
publika.az

1Mənbələr