İsrail-İran müharibəsinin üçüncü günündə geetdikcə daha da şəddətlənir. Savaşın ilk günündən İran rejimini qoruyan İslam İnqilabı Keşikçiləri (SEPAH) ağır zərbələr alır.
İsrail döyüş təyyarələri bu gün Tehranda İran Hərbi Dəniz Qüvvələri Komandanlığının binasını və SEPAH-ın qərargahını vurub.
Məlumatlara görə, hücum nəticəsində SEPAH-a məxsus kəşfiyyat binasına ciddi ziyan dəyib. SEPAH-ın kəşfiyyat rəhbəri Məhəmməd Kazemi və müavininin dağıntılar altında qaldığı bildirilir.
İsrailin baş naziri Netanyahu da “İran kəşfiyyatının rəhbəri və onun müavinini öldürdüklərini deyib.
TAHİR