AZ

6 ildən sonra Florensiyaya qayıdır

Stefano Pyolinin yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”i tərk edən baş məşqçi yenidən vətəni İtaliyada çalışacaq.

İnsayder Fabritsio Romanonun məlumatına görə, 59 yaşlı mütəxəssis “Fiorentina” ilə 3 illik müqavilə imzalayacaq. Artıq tərəflər arasında şifahi razılıq əldə olunub. Qarşıdakı həftələrdə rəsmi addımlar atılacaq.

“Əl-Nəssr” Pyolinin rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə 3-cü yeri tutub. O, komandaya 2024-cü ilin sentyabrında təyinat almışdı. Pyoli əvvəllər İtaliyada “Bolonya”, “Latsio”, “İnter”, “Fiorentina” və “Milan”da çalışıb.

Onun Florensiya klubuna 2017-19-cu illərdə başçılıq etdiyini də xatırladaq.

Seçilən
26
1
football-plus.az

2Mənbələr