AZ

İran rəhbərliyi Rusiyaya qaça bilər

İran rəhbərliyi Rusiya ilə mümkün təxliyə üzrə danışıqlara başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Məlumata görə, İranın Ali lideri Əli Xameneinin administrasiya rəhbərinin müavini Əli Əsgər Hecazi İsrailin zərbələri səbəbindən İranda vəziyyətin daha da pisləşəcəyi təqdirdə ölkəni tərk etmək ehtimalı ilə bağlı Rusiya rəsmiləri ilə gizli danışıqlar aparır.

Bildirilir ki, yüksəkrütbəli rusiyalı məmurlardan biri Hicaziyə şəxsi zəmanət verib: İranda vəziyyət pisləşərsə, Moskva onun və ailə üzvləri üçün təhlükəsiz təxliyə marşrutu təşkil edəcək.

İddia edilir ki, digər yüksəkrütbəli İran rəsmilərinin də oxşar razılaşmaları var. Onlardan bəzilərinin mümkün qaçış yollarını müəyyənləşdirdiyi deyilir.

Seçilən
15
3
editor.az

4Mənbələr