AZ

Tehran yenidən atəş altında: Hava hücumundan müdafiə sistemləri işə salınıb

İran silahlı qüvvələrinin Tehrandakı hava hücumundan müdafiə sistemləri növbəti dəfə İsrailin zərbələrini dəf etmək üçün işə salınıb.

Musavat.com xəbər verir ki, məlumatı TASS Tehrandakı jurnalistinə istinadən yayıb.

Bu gün ərzində İran paytaxtında zenit qurğuları təxminən altı dəfə işə salınıb.

Az öncə İsrail Müdafiə Qüvvələri İranda silah istehsal edən obyektlərə genişmiqyaslı zərbələr endirdiyinə dair məlumat yayıb. Bildirib ki, “İran boyu çoxsaylı silah istehsalı obyektlərinə hücum edilib".

 

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr