Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti Amaliya Pənahovanın (1945-2018) anadan olmasının 80 illiyi tamam olub.
Demokrat.az xəbər verir ki, bu münasibətlə mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin əməkdaşları və tanınmış incəsənət xadimləri Amaliya Pənahovanın məzarını ziyarət ediblər. Sənətkarın və ömür-gün yoldaşı, aktyor, Xalq artisti Yusif Muxtarovun məzarları üzərinə gül dəstələri düzülüb.
Çıxışlarda aktrisanın Azərbaycanda teatr və kino sahələrinin inkişafındakı xidmətlərindən danışılıb, sənət dostları xatirələrini dilə gətiriblər. Sənətkarın yaratdığı Bakı Bələdiyyə Teatrının ölkəmizin səhnə sənəti salnaməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova anasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb, səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Aktrisa “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.








10Mənbələr
-
news.milli.azAmaliya Pənahovanın məzarından FOTOlar yayıldı ( 18279982)
-
milli.azAmaliya Pənahovanın məzarından FOTOlar yayıldı ( 18279976)
-
demokrat.azAmaliya Pənahovanın məzarı ziyarət olundu — FOTOLAR ( 18275947)
-
cebheinfo.azXalq artisti Amaliya Pənahovanın məzarı ziyarət olunub ( 18275320)
-
manset.azAmaliya Pənahovanın məzarı ziyarət olundu - Fotolar ( 18273586)
-
mia.azXalq artisti Amaliya Pənahovanın məzarı ziyarət olunub - FOTOLAR ( 18273127)
-
teleqraf.comXalq artisti Amaliya Pənahovanın məzarı ziyarət olundu - FOTO ( 18272566)
-
olay.azAmaliya Pənahovanın məzarı ziyarət olunub ( 18272527)
-
publika.azXalq artisti Amaliya Pənahovanın məzarı ziyarət olundu ( 18272548)
-
report.azXalq artisti Amaliya Pənahovanın məzarı ziyarət olunub ( 18272356)