AZ

"İsrailin zərbələri İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilər"

"İsrailin İrana zərbələri respublikada hakimiyyət dəyişikliyinə səbəb ola bilər".

Marja xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Fox News-a deyib.

O, iddia edir ki, İran əhalisinin 80%-i ölkə rəhbərliyini devirmək istəyindədir.

Netanyahu deyir ki, İsrail İranın "ikiqat təhdidini" aradan qaldırmaqda qərarlıdır, İsrail qırıcıları Tehran üzərində indi səmadadır.

Netanyahu Fox News-a müsahibəsində iddia edir ki, İran nüvə silahını husilərə və digər müttəfiqlərinə ötürmək niyyətində idi.

Netanyahu, Trampın Xamneyinin öldürülməsini qadağan etməsi ilə bağlı xəbəri təsdiqləməyib.

Reuters mənbələrə istinadən xəbər yayıb ki, Tramp son günlər İsrailin İranın ali liderini öldürmək planına “veto qoyub”.

Seçilən
12
marja.az

1Mənbələr