AZ

“Fənər” “Tottenhem”in ulduz futbolçusunu istəyir

“Tottenhem”in ulduz futbolçusu Son Hın Min karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” koreyalı vingeri transfer etmək niyyətindədir.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “sarı-lacivərdlilər” Premyer Liqa klubunun futbolçu üçün müəyyən etdiyi 30 milyon avroluq qiyməti aşağı salmağa çalışır.

32 yaşlı Son, Joze Mourinyo ilə yaxın münasibətlərinə görə İstanbul klubuna keçidə müsbət yanaşır.

Qeyd edək ki, hücumçu 2015-ci ildən “Tottenhem”in formasını geyinir.

“Qalatasaray”dan növbəti transfer bombası: MENECERİ İSTANBULA GƏLİR

“Tottenhem” arzusuna çatdı

"Başakşehir" "Roma"nın hücumçusunu istəyir

Pioli A Seriyası klubuna rəhbərlik edəcək

“Tottenhem” “Bavariya”nın üzvünü komandada saxlayacaq

Seçilən
22
apasport.az

1Mənbələr