AZ

Zelenski: Dünya Yaxın Şərqi seyr edərkən Rusiya enerji sistemimizə zərbə endirmək istəyir

“Rusiya Ukraynanın enerji sisteminə zərbələr endirməyi planlaşdırır”.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun fikrincə, Ukraynanın enerji sistemi dünyanın gözünə daha az görünə bilər. Çünki indi Yaxın Şərqdəki vəziyyət daha çox diqqət mərkəzindədir.

"Müvafiq məlumatlar partnyorlarımızın kəşfiyyat xidmətlərində var. Xüsusilə, Ukraynadakı nüvə infrastrukturumuza Rusiyanın təhlükəsi ilə bağlı məlumatlar Ukraynanın energetika naziri tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə və cənab Uitkoffa ötürülüb. Ukraynanın müdafiə naziri isə məlumatı ABŞ-dakı həmkarına ötürüb", - Zelenski deyib.

Seçilən
45
2
apa.az

3Mənbələr