Gəncədə naməlum şəraitdə qətl törədilib
Gəncə şəhərinin “Avtozavod” qəsəbəsində silahlı qətl hadisəsi baş verib.
AFN.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov naməlum şəraitdə ürək nahiyəsindən güllə yarası alaraq həyatını itirib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları – polis və prokurorluq nümayəndələri cəlb olunub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb və araşdırmalara başlanılıb.