"Bavariya" azarkeşləri Klub Dünya Çempionatının oyununda FIFA-nın korrupsiya qalmaqalını yada salıblar.
Sportal.az xəbər verir ki, qrup mərhələsinin ilk oyununda Münhen təmsilçiləri "Oklend Siti"ni 10:0 hesabı ilə darmadağın ediblər.
Matç zamanı "Bavariya" azarkeşləri üzərində belə bir yazı olan banner açıblar:
"10 il Baur au Lac – futbol əvvəlkindən də pis idarə olunur! FIFA cəhənnəmə getsin!"
Baur au Lac — İsveçrənin Sürix şəhərində yerləşən oteldir. 2015-ci ilin mayında məhz burada bir neçə yüksək vəzifəli FIFA rəsmisi korrupsiya ittihamı ilə İsveçrə hakimiyyəti tərəfindən həbs edilmişdi. Bu qalmaqal, yenidən seçilməsindən cəmi 5 gün sonra FIFA prezidenti Zep Blatterin istefası ilə nəticələnmişdi.
saytlarin hazirlanmasi