İtaliya yığmasını iyunun 9-da tərk edən Luçano Spallettinin xələfi müəyyənləşib.
Tanınmış insayder Fabritsio Romanonun yaydığı xəbərə görə, baş məşqçi vəzifəsi Cennaro Qattuzoya tapşırılacaq. İtaliya Futbol Federasiyasının yaxın günlərdə 47 yaşlı mütəxəssislə müqavilə bağlayacağı bildirilib.
10 il (2000-10) İtaliya yığmasında çıxış edən Qattuzonun sonuncu iş yeri “Hayduk” olub. O, Xorvatiya klubundan əvvəl “Marsel”, “Valensiya”, “Napoli”, “Milan”, “Milan U-19”, “Piza”, OFI, “Palermo” və “Syon”da çalışıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta