Ajans.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Yüksək Texnologiyalar Parkı yaxınlığında baş verib. Minik avtomobilinin betonqarışdıran maşınla toqquşması nəticəsində bir kişi ölüb, daha iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.