AZ

“Real”ın bazar dəyəri 7 milyarda yaxındı

“Forbes” jurnalı ən dəyərli futbol klublarının yeni reytinqini açıqlayıb. 2025-ci ildə bu reytinqin lideri “Real”dı.

"Football-plus.az" xəbər verir ki, İspaniya nəhənginin bazar dəyəri 6,75 milyard dollardı, klubun illik gəliri isə 1,129 milyard. Bu, futbol dünyası üçün mütləq rekorddu.

İkinci pillədə “Mançester Yunayted” qərarlaşıb – İngiltərə klubunun dəyəri 6,6 milyard dollardı. İlk “3-lüy”ü 5,65 milyard dollarlıq “Barselona” qapayır.

“Forbes”in versiyasına görə ən dəyərli klubların “top-10”u (dollar ilə):
1. “Real” - 6,75 milyard (qazanc: 1,129 milyard)
2. Mançester Yunayted - 6,6 milyard (834 milyon)
3. Barselona - 5,65 milyard (821 milyon)
4. Liverpul - 5,4 milyard (773 milyon)
5. Mançester Siti - 5,3 milyard (901 milyon)
6. Bavariya - 5,1 milyard (827 milyon)
7. PSJ - 4,6 milyard (870 milyon)
8. Arsenal - 3,4 milyard (771 milyon)
9. Tottenhem - 3,3 milyard (666 milyon)
10. Çelsi - 3,25 milyard (591 milyon)

İspaniya və İngiltərə klubları ənənəvi şəkildə siyahıda dominantlıq edir, ancaq “Real” bu yöndə xüsusi seçilir. Madridlilər liderliyi qorumağı bacarmaqla yanaşı, il ərzində gəlirini də önəmli dərəcədə artırıb.

Seçilən
16
1
football-plus.az

2Mənbələr