AZ

İsrail İran Xarici İşlər Nazirliyinin binasına zərbə endirib-Yaralılar var /VİDEO

İsrail İran Xarici İşlər Nazirliyinin binasına hücum edib. Zərbə nəticəsində diplomatlar yaralanıb.

AzPost bildirir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

Səid Xətibzadə  deyib ki, İsrail Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu ilə birbaşa üzbəüz yerləşən İran Xarici İşlər Nazirliyinin binalarından birinə məqsədyönlü hücum edib.

“Hücum nəticəsində bir neçə mülki şəxs, o cümlədən bir neçə həmkarım müalicə üçün xəstəxanaya yerləşdirilib”.

Videoda hücumun hədəfi olan institutumun kitabxanası göstərilir.

 

AzPost.az

Seçilən
16
28
azpost.info

10Mənbələr