Gəncədə 42 yaşlı kişi qətlə yetirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Bədəninin güllə yarası ilə xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü V. Əhmədova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu